Bank Of Baku

Naxçıvanda sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb

Naxçıvanda sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb
# 17 noyabr 2009 10:03 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə kiçikyaşlı və yeniyetmələr (1996-97-ci il təvəllüdlülər) arasında “Naxçıvan kuboku uğrunda” beynəlxalq turnir başlanıb. Naxçıvan MR Gənclər və İdman Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yarışa Azərbaycandan 3 komanda, eləcə də İran və Türkiyə yığmaları qatılıb. Turnirdə 10 çəki dərəcəsindən 70 güləşçi qüvvəsini sınayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR