Bank Of Baku

Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən Qran-Pri turnirindən 2 medalla qayıdırlar

Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən Qran-Pri turnirindən 2 medalla qayıdırlar
# 23 noyabr 2009 08:40 (UTC +04:00)
Bakı – APA. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Qran-Pri turniri keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini 2 idmançı - Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qoruyub.

Elxan Rəcəbli 1/4 finalda özbəkistanlı Şokir Muminovu ippon fəndinə salıb. Yarımfinalda isə Robert Kravçiklə (Polşa) bacarmayıb. Yarış iştirakçıları az olduğundan, təsəlliverici mərhələyə ehtiyac qalmayıb və Rəcəbli bürünc medal qazanıb.

Elxan Məmmədov da yarımfinala qədər uğurla irəliləyib. O, öncə braziliyalı Edmilson Konseysao, daha sonra macarıstanlı Levente Ledenyini mübarizədən kənarlaşdırıb. Ancaq 27 yaşlı cüdoçumuzun finala gedən yolunu Dilşod Çoriyev (Özbəkistan) kəsib. Beləliklə, hər iki həmyerlimiz bürünc medala layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR