Bank Of Baku

Azərbaycan dövlət başçısı Beynəlxalq Boks Assosiasiyasının prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı Beynəlxalq Boks Assosiasiyasının prezidentini qəbul edib
# 10 dekabr 2009 16:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu qəbul edib. APA-nın məlumatına görə, Çinq-Kuo Vu gələn il gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin yekdilliklə qərar qəbul etdiyini deyib və bu münasibətlə təbriklərini çatdırıb. Çinq-Kuo Vu ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı Azərbaycan Boks Federasiyasının böyük səylər göstərdiyini vurğulayıb.

Dövlət başçısı gənclər arasında boks üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin qərarını yüksək qiymətləndirib. Prezident İ. Əliyev mötəbər idman yarışlarının Azərbaycanda keçirilməsinin beynəlxalq idman aləmində ölkəmizin nüfuzunun getdikcə daha da artması baxımından əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR