Bank Of Baku

“Qızıl Qran Pri” turnirinə yollanan Azərbaycan yığmasının heyəti açıqlandı

“Qızıl Qran Pri” turnirinə yollanan Azərbaycan yığmasının heyəti açıqlandı
# 03 mart 2010 10:34 (UTC +04:00)
Bakı – APA. Martın 6-da yunan-Roma güləşi üzrə komandamız Macarıstanda “Qızıl Qran Pri” turnirində iştirak edəcək. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Elçin Cəfərovun və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanacaq komandamızın heyəti artıq müəyyənləşib.

Yığmamızı turnirdə Orxan Əhmədov, Rövşən Bayramov (hər ikisi 55 kq), Vitali Rəhimov, Həsən Əliyev (hər ikisi 60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR