Bank Of Baku

Güləş üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyində ilk qaliblər məlumdur

Güləş üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyində ilk qaliblər məlumdur
# 09 mart 2010 20:14 (UTC +04:00)
Bakı-APA. Martın 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi yarışlarına start verilib.

Yarışın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə gənclər öz qüvvələrini sınadı. Gərgin mübarizə şəraitində keçən görüşlərdə fəxri kürsüyə yüksələn və yığma komandaya üzv olmaq hüququ qazanan pəhləvanlar aşağıdakılardır.

50 kq
1. Eldəniz Əzizli
2. Vilayət Qəhrəmanlı
3. Namiq İmanov
3. Səid Balabəyov

60 kq
1. Kamran Məmmədov
2. Orxan Paşayev
3. Elçin Həsənov
3. Ənvər Cəfərov

74 kq
1. Niyaməddin İbrahimov
2. Fuad Əliyev
3. Tələt Əliyev
3. Elvin Abbaslı

96 kq
1. Araz Həsənov
2. Elvin Cahangirov
3. Kamran Hüseynov
3. Samir Qayıbov

Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançı Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunacaq, həmin pəhləvanlar milli yığma komandaya cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR