Bank Of Baku

Sərbəst güləş üzrə Azərbaycan birinciliyində gənclərin yarışları başlayıb

Sərbəst güləş üzrə Azərbaycan birinciliyində gənclərin yarışları başlayıb
# 11 mart 2010 21:08 (UTC +04:00)
Bakı-APA. «Sərhədçi» İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi davam edir.

APA-nın məlumatına görə, martın 11-də 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə gənclər mübarizəyə başlayıb. «Sərbəst»lərin ilk yarış günündə 117 güləşçi mübarizə aparıb, fəxri kürsüyə yüksələn pəhləvanlar aşağıdakılardır:

50 kq
1. Nicat Muradov
2. Elçin İmamquliyev
3. Orxan Yolçuyev
3. Qalib Əliyev

60 kq
1. Ümid Məmmədov
2. Mirmurad Mirsucayev
3. İlqar Ağayev
3. Ağaəli Ramazanov

74 kq
1. İbrahim Yusifov
2. İmanverdi Əliyev
3. Pərviz Məmmədov
3. Kazım Abbasov

96 kq
1. Aslanbek Alborov
2. İslam Baxmudxadıyev
3. Xanqerey Asyetilov
3. Ruslan Məmmədov

Çəki dərəcələri üzrə ilk üç yeri tutmuş idmançı Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, pul mükafatı və tam idman geyim dəsti ilə təltif olunacaq, həmin pəhləvanlar milli yığma komandaya cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR