Bank Of Baku

AİBA prezidenti: “Ermənistan yığmasının Bakıya tam heyətlə gələcəyi gözlənilir”

AİBA prezidenti: “Ermənistan yığmasının Bakıya tam heyətlə gələcəyi gözlənilir”
# 12 mart 2010 10:36 (UTC +04:00)
Bakı – APA. “Ermənistan yığmasının Bakıya tam heyətlə, 10 idmançı ilə gələcəyi gözlənilir”. Apasport.az saytının xəbərinə görə, bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Vu bildirib ki, artıq Ermənistan boksçularının təhlükəsizliyinə təminat verilib: “Bu mənada təhlükəsizlik məsələsi bizim üçün vacibdir. Ermənistan boksçularının təhlükəsizliyinə təminat verilib. Buna görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Ermənistan komandasının Bakıya gələcəyini gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR