Bank Of Baku

Kəmaləddin Heydərov: “Hədəfimiz dünya boksunda ilk “5-liy”ə düşməkdir”

Kəmaləddin Heydərov: “Hədəfimiz dünya boksunda ilk “5-liy”ə düşməkdir”
# 12 mart 2010 11:13 (UTC +04:00)
Federasiya rəhbəri Azərbaycan boksunun tezliklə öz layiqli yerini tutacağına əmin olduğunu bildirib: “İnanıram ki, idmançılarımız onlar üçün yaradılan şəraitdən istifadə edərək, boksumuzu yüksək pillələrə doğru daşıyacaqlar. Buna 2010-cu ildə olmasa da, yaxın illərdə nail olacağıq. AIBA-nın dəstəyi ilə boks liqasına dair müqavilə bağlamışıq. Bu da boksun inkişafına dəstək olacaq. Sizləri əmin etmək istərdim ki, tezliklə Azərbaycan boksu AIBA-da layiqli yerini tutacaq”.

Heydərov, həmçinin vurğulayıb ki, qarşıdakı illərdə ölkəmizdə daha mötəbər turnirlər təşkil olunacaq: “Həqiqətən də ölkəmizdə bunun üçün bütün şərait var. Hazırda federasiyanın ofisi inşa olunur. Gənclərin dünya çempionatından sonra ölkəmizdə daha mötəbər yarışların təşkil edilməsinə şərait yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR