Bank Of Baku

Azərbaycan güləşçiləri Türkiyə Parlamentinin 90 illik yubileyi münasibətilə keçirilən turnirin finalına vəsiqə qazanıblar

Azərbaycan güləşçiləri Türkiyə Parlamentinin 90 illik yubileyi münasibətilə keçirilən turnirin finalına vəsiqə qazanıblar
# 13 mart 2010 15:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu gün Ankarada Türkiyə Parlamentinin yaranmasının 90 illik yubileyi münasibətilə güləş turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından APA-ya verilən məlumata görə, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan komandaları qrup görüşlərini qələbə ilə başa vurub. Yunan-Roma güləşi üzrə komandamız Qazaxıstan komandasına 4:3, Qırğızıstan komandasına 5:2 hesabı ilə, sərbəst güləş üzrə komandamız isə Qırğızıstan komandasına 4:3 hesabı ilə qalib gəlib.

İlk görüşlərin nəticələrinə əsasən, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komandalarımız qrupda lider olub və finala yüksəlib. Komandalarımızın finalda rəqibi Türkiyə pəhləvanları olacaq.

Ankara Atatürk İdman Mərkəzində keçirilən “TURK-PA CUP” beynəlxalq turnirinin final görüşləri 14 mart 2010-cu il tarixdə saat 17.00-dan etibarən TRT-AVAZ kanalında canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR