Bank Of Baku

Yeniyetmə yunan-Roma güləşçiləri Azərbaycan birinciliyində mübarizəyə başlayıblar

Yeniyetmə yunan-Roma güləşçiləri Azərbaycan birinciliyində mübarizəyə başlayıblar
# 13 mart 2010 21:14 (UTC +04:00)
Bakı-APA. «Sərhədçi» İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi davam edir. Martın 13-də yeniyetmələrin yarışlarına start verilib. İlk olaraq yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizəyə başlayıb, 42, 46 və 50 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

42 kq
1. Kərim Cəfərov
2. Seymur Əlizadə
3. Cabbar Yusifli
3. Elnur Həsənov

46 kq
1. Tural İsgəndərov
2. Elvin Əliyev
3. Sakit Quliyev
3. Murad Məmmədov

50 kq
1. Elman Muxtarov
2. Orxan İmamquliyev
3. Natiq Maşanov
3. Orxan Mehdiyev

Qeyd edək ki, yeniyetmələrin yarışında hər iki növ üzrə ümumilikdə 900 nəfərə yaxın pəhləvanın iştirakı gözlənilir. Bu, ötən ilki analoji turnirdə iştirak edən pəhləvanların sayından iki dəfə artıqdır. İlk dəfə olaraq Azərbaycan birinciliyində yeniyetmə və gənc qızlar da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR