Bank Of Baku

Bu gün 3 güləşçimiz Avropa çempionu ola bilər

Bu gün 3 güləşçimiz Avropa çempionu ola bilər
# 13 aprel 2010 13:36 (UTC +04:00)
Bakı – APA. Bu gün Bakıda startı verilən Avropa çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu başlayıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

4 çəki növündə keçirilən qarşılaşmalardan sonra finalçılar müəyyənləşib. Həlledici görüşlərdən üçündə Azərbaycan idmançıları çempion adı uğrunda mübarizəni davam etdirirlər. Mahmud Maqomedov (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Şərif Şərifov (84 kq) axşam saatlarında komandamıza 3 qızıl medal qazandıra bilərlər.

120 kq çəki dərəcəsində Azərbaycanın idman şərəfini qoruyan Əli İsayev Avropa çempionu titulunu qoruya bilməyib. Yığmamızın ən ağır çəkili idmançısı birinci görüşdə belaruslu Aleksey Şemarova məğlub olaraq, mübarizəni dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR