Bank Of Baku

Azərbaycan boks yığması sabah Türkiyə ilə qarşılaşacaq

Azərbaycan boks yığması sabah Türkiyə ilə qarşılaşacaq
# 15 aprel 2010 11:40 (UTC +04:00)
Bakı – APA. Aprelin 20-də Bakıda start götürəcək boks üzrə dünya birinciliyinə hazırlaşan Azərbaycan yığması məşqlərini davam etdirir. Bu barədə apasport.az saytına açıqlama verən milli komandanın baş məşqçisi Şamil Əlimcanovun sözlərinə görə, təlim-məşq toplanışının son mərhələsində olan boksçularımız sabah yoxlama döyüşləri keçirəcəklər. Komandamızın rəqibi Türkiyə yığması olacaq.
Xatırladaq ki, 14 gün davam edəcək dünya birinciliyində komandamızın əsas məqsədi avqustda startı veriləcək Sinqapur olimpiadasına maksimum sayda – 3 lisenziyaya sahib çıxmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR