Bank Of Baku

Dünya birinciliyinə qatılmaq üçün 33 ölkə Bakıya gəlib

Dünya birinciliyinə qatılmaq üçün 33 ölkə Bakıya gəlib
# 19 aprel 2010 09:14 (UTC +04:00)
Bakı – APA. Boks üzrə gənclər arasında Bakıda keçiriləcək dünya birinciliyində iştirak etmək üçün 33 ölkə artıq ölkəmizə gəlib. Bu barədə apasport.az saytına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev məlumat verib.

Abıyev bildirib ki, yarışa qatılacaq digər ölkələr də Bakıya gəlməyə hazırlaşırlar: “İslandiyada baş verən vulkan püskürməsi nəticəsində Avropa ölkələrində təyyarə reysləri bərpa edilməlidir. Bunun üçün biz bir neçə komandanın gəlişini gözləyirik. AİBA prezidenti isə Bakıda aprelin 22-də olacaq”.

Xatırladaq ki, dünya birinciliyi əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 23-də deyil, iki gün sonra start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR