Bank Of Baku

İslandiyadakı vulkan Azərbaycan yığmasının İspaniyada keçirilən turnirə qatılmağa mane olub

İslandiyadakı vulkan Azərbaycan yığmasının İspaniyada keçirilən turnirə qatılmağa mane olub
# 20 aprel 2010 09:24 (UTC +04:00)
Bakı – APA. İslandiyadakı vulkan püskürməsi Azərbaycan taekvondoçularının İspaniyada keçiriləcək beynəlxalq turnirdə iştirakına mane olub. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, təyyarə reysləri təxirə salındığından komanda səfərə yollanmayacaq.

İmaməliyev bildirib ki, beynəlxalq turnirə qatılmasalar da, təlim-məşq məşq toplanışı davam edəcək: “Avropa çempionatına hazırlıq davam edir. Beynəlxalq turnirə getmədiyimizdən, Qubada təlim-məşq toplanışının vaxtı uzadılıb. Belə ki, məşqləri aprelin 21-də sona çatdırmalı idik. Lakin bu müddət mayın 7-də başa çatacaq”.

Baş məşqçi həmçinin bildirib ki, komanda Avropa çempionatına qədər tam hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR