Bank Of Baku

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 4 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl və 4 bürünc medal  qazanıblar
# 27 aprel 2010 09:50 (UTC +04:00)
Bakı – APA. Cüdo üzrə Çexiyanın Tepltse şəhərində keçirilən Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, 27 ölkənin qatıldığı yarışda Azərbaycan milli komandası 7-ci yeri tutub.

19 cüdoçumuzun qüvvəsini sınadığı yarışda yığmamız 1 qızıl və 4 bürünc medal qazanıb. Bütün rəqiblərinə qalib gələn Afiq Səfərli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehman Sadıqov (50 kq), İsgəndər Talışinski (55 kq), Cəlil Cəlilov (66 kq) və Adəm Ələsgərli (+ 90 kq) üçüncü yerlə kifayətləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR