Bank Of Baku

Azərbaycan boksçuları dünya çempionatında 2 qızıl, 1 bürünc medal qazandılar

Azərbaycan boksçuları dünya çempionatında 2 qızıl, 1 bürünc medal qazandılar
# 03 may 2010 15:25 (UTC +04:00)
Bakı – APA. Aprelin 25-də Bakıda start götürən boks üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son günü mübarizə aparan iki həmyerlimiz dünyanın ən güclüsü adını qazanıb.

Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun uğurunu komanda yoldaşı Şaban Şahpələngov (51 kq) da təkrarlayaraq, qızıl medala sahib olub.

8 gün davam edən dünya çempionatına 11 boksçu ilə qatılan Azərbaycan komandası yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR