Bank Of Baku

Azərbaycan cüdoçuları Avropa kubokunda 5 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa kubokunda 5 medal qazanıblar
# 11 may 2010 07:31 (UTC +04:00)
Bakı – APA. Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığması Almaniyada keçirilən Avropa kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, komandamız yarışdan 1 qızıl, 3 gümüş və 2 bürünc medalla qayıdıb.

Yığmamızın heyətində Səid Gəncəli (50 kq) qızıl, Mehman Sadıxov (50 kq), İsgəndər Talişinski (55 kq) və Hüseyn Rəhimli (60 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətləniblər. Vüsal Şabanlı (55 kq) və Məhəmməd Şuşanov (73 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, komanda hesabında Azərbaycan yığması 5-ci olub. Birinci yerdə Rusiya (6 qızıl, 4 gümüş və 14 bürünc), ikinci yerdə Almaniya (3 qızıl, 3 gümüş və 7 bürünc) və üçüncü yerdə Hollandiya (2 qızıl, 2 gümüş və 4 bürünc) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR