Bank Of Baku

Dünya Kubokunda iştirak edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb

Dünya Kubokunda iştirak edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb
# 08 iyun 2010 08:01 (UTC +04:00)
Bakı – APA. Taekvondo üzrə Azərbaycan yığması Dünya Kubokuna Koreyada hazırlaşacaq. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, iyunun 13-15-i arası Koreyaya yollanacaq taekvondoçularımız bu ölkədə 1 ay təlim-məşq toplanışında olacaqlar.

Hazırlığı başa vurduqdan sonra isə yığma komandamız Koreyadan birbaşa Dünya Kubokunun keçiriləcəyi Çinə yola düşəcək. İyulun 17-20-də keçiriləcək Dünya kubokunda Azərbaycanın idman şərəfini 5 idmançı – Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (+80) qoruyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR