Bank Of Baku

Gəncə pəhləvanları sərbəst güləş üzrə «»Region Kuboku»nun qalibidirlər

Gəncə pəhləvanları sərbəst güləş üzrə «»Region Kuboku»nun qalibidirlər
# 16 iyun 2010 22:08 (UTC +04:00)
Bakı-APA. İyunun 16-da sərbəst güləş üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin final görüşləri keçirilib.

AGF-nin 7 saylı və 2 saylı nümayəndəliklərinin qarşılaşdığı final görüşündə Gəncə pəhləvanları 6-4 hesabı ilə qalib gəliblər.

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyinin final görüşü isə iyunun 18-də keçiriləcək. Finalda Bakı pəhləvanlarının rəqibi Yevlax güləşçiləri olacaq.

Qeyd edək ki, yeniyetmələr arasında “Region Kuboku” uğrunda komanda birinciliyi yarışları ilk dəfədir ki, keçirilir. Bu turnirdə AGF-in 8 nümayəndəliyinin – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Göyçay, Şamaxı və Yevlax komandaları qüvvələrini sınayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR