Bank Of Baku

Azərbaycan Boks Federasiyası jurnalistləri mükafatlandırdı

Azərbaycan Boks Federasiyası jurnalistləri mükafatlandırdı
# 22 iyul 2010 11:55 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Boks Federasiyasının rəhbərliyi 22 iyul – Milli Mətbuat günü münasibətilə jurnalistlərlə görüş keçirib. Apasport.az saytının məlumatına görə, qurumun vitse-prezidenti Ağacan Abıyev media nümayəndələri ilə görüşündə onların peşə bayramlarını təbrik edib: “Sizin peşəniz maraqlı və çətindir. Hər biriniz Azərbaycan idmançılarının uğurlu nəticələri haqqında məlumat yazmaq istəyirsiniz. Lakin bu, heç də həmişə belə olmur. Elə çətinlik də bu arzuolunmaz nəticələrin xalqa çatdırılmasındadır”.

Abiyev jurnalistikanın idmandakı rolunu da vurğulayıb: “Mən həmişə demişəm ki, idmanda uğur qazanmaq üçün idmançı-məşqçi-təşkilatçı “üçlüy”ü mükəmməl işləməlidir. Amma bir şey də var ki, bu əldə olunan uğurlar xalqa çatdırılmırsa, onun heç bir əhəmiyyəti yoxdur. Bu da siz jurnalistlərin öhdəsinə düşür. Yalnız zalda əyləşən 1000-1500 nəfər üçün qazanılan uğur heç kimə lazım deyil”.

Tədbirin sonunda Boks Federasiyası mətbuat işçilərini mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR