Ağacan Abıyev: “Son iki ildə Azərbaycanın bütün bölgələrində boksla məşğul olanların sayı artıb”
Bu gün jurnalistlərlə görüşən federasiya rəsmisi ölkə boksundakı dəyişikliklərdən danışıb: “Ümumiyyətlə, federasiyanın işinə təkcə medallar və nəticələrə görə qiymət vermək düzgün deyil. Son iki ildə Azərbaycanın bütün bölgələrində olan zalların, boksla məşğul olanların ümumi sayı da artıb. Bu isə kütləviliyin artması deməkdir. Kütləvilik varsa, nəticə də olacaq. Federasiyamızın prezidentinin gəlişindən sonra təşkilatı işlərdə də fərq böyükdür. 2007 və 2009-cu illərdə Bakıda keçirilən turnirlərdə iştirak edən AİBA nümayəndələri iki il ərzində müşahidə olunan fərqi fantastika kimi dəyərləndirdilər”.
Abıyev gələn il Bakıda keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun necə qazanılmasını da açıqlayıb: “AİBA-nın İcraiyyə Komitəsinin Mərakeşdə təşkil olunan iclasında iştirak edirdik. Orada 2012-ci ildə baş tutacaq London olimpiadasına Avropa zonası üzrə seçmə turnirinin yeri də müəyyənləşməli idi. Bizimlə yanaşı, daha 5 namizəd var idi. Biz 2012-ci ilin mart-aprel aylarında təşkil ediləcək bu yarışın təşkilatçılığına səsvermədə aşkar üstünlüklə yiyələndik. Lakin sonradan məlum oldu ki, 2011-ci ilin dünya çempionatına ev sahibliyi edəcək Cənubi Koreyanın Pusan şəhəri bundan imtina edib. Seçmə turnirin əvəzinə bu yarışın təşkilatçılığının bizə verilməsi səsə qoyuldu və qərar qəbul olundu. Əvvəldən bizə verilən yarış isə həmin səsvermədə ikinci olan Türkiyəyə həvalə olundu. Qeyd edim ki, dünya çempionatı Olimpiadaya əsas seçmə yarış sayılır. Burada lisenziya qazana bilməyənlər isə hər qitə üzrə təşkil olunan turnirdə 2-3 vəsiqə üçün mübarizə aparır”.
Boks üzrə dünya çempionatını qəbul etmək üçün hazırlıq işlərinin getdiyini bildirən Abıyevin sözlərinə görə, artıq bu yöndə işlər də görülüb: “Gənclərin dünya çempionatında 466 nümayəndəni qəbul etdik. Böyüklərin yarışında isə bu rəqəm ən azı 600 nəfərə çatacaq. Bunun üçün müəyyən işlər görülməlidir. Məsələn, qonaqları qəbul edəcək mehmanxananın inşası başa çatmaq üzrədir. Dünya çempionatına 320 nəfərlik müasir mehmanxana hazır olacaq. Bundan başqa, Boks Mərkəzi ilə bağlı planlarımızı da gerçəkləşdirəcəyik. Burada mehmanxana, idman zalları, bir sözlə, əsl idman kompleksi olacaq. O ki, qaldı dünya çempionatının Heydər Əliyev adına İdman Konsert Kompleksi və ya “Sərhədçi”də keçirilməsinə, buna AİBA nümayəndələri qərar verəcəklər”.
Federasiyanın vitse-prezidenti AİBA rəhbərliyinin növbəti islahatlarının bizə ziyan vuracağını açıqlayıb: “İndi də 11 çəki dərəcəsini 10-dək azaltdılar. Bu dəfə 48, 51, 54 və 57 kq-dək olan çəki dərəcələrini birləşdirib 3 çəki – 49, 52, 56 kq-dək olan çəki dərəcələri ilə əvəz etdilər. Bu çəki dərəcələrində bizim güclü idmançılarımız var idi. Əgər əvvəl burada 4 nəfərlə təmsil olunurduqsa, indi bu rəqəm 3-ə yenəcək”.
Abıyev ölkə boksçuları üçün daha bir yarışın keçirilməsini zəruri sayır: “İldə bir dəfə təşkil olunan ölkə çempionatı idmançılar üçün çox azdır. Ona gərə qərara almışıq ki, oktyabrın 1-5-də Azərbaycan kuboku yarışlarını təşkil edək”.
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB