Bank Of Baku

Azərbaycan güləşçisi Olimpiya Oyunlarda gümüş medal qazandı

Azərbaycan güləşçisi Olimpiya Oyunlarda gümüş medal qazandı
# 17 avqust 2010 12:59 (UTC +04:00)
Bakı – APA. Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığması medal sayını 5-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, mübarizəyə qoşulan 5-ci idmançımız da fəxri kürsüdə yer alıb.

Lakin komanda yoldaşlarından fərqli, sərbəst üsulla güləşən Kənan Quliyev (54 kq) finalda yaponiyalı Yuki Takahaşiyə uduzaraq gümüş medalla kifayətlənib. O, həlledici mərhələyə kimi Yerzon Hernandezə (Kolumbiya) 3:1, Yue Çini (Sinqapur) və Jayden Laurenseyə (Avstriya) 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Quliyevdən öncə Murad Bazarov (42 kq), Elman Muxtarov (52 kq), Patimat Baqometova (52 kq) və Nicat Rəhimov (69 kq) qızıl medala sahib olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR