Bank Of Baku

Avropa çempionatına 8 idmançımız yollanır

Avropa çempionatına 8 idmançımız yollanır
# 08 sentyabr 2010 14:34 (UTC +04:00)
Bakı - APA-Sport. Bolqarıstanın Sofiya şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyəti müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrın 17-19 tarixlərində baş tutacaq yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 8 cüdoçumuz mübarizəyə qatılacaq.

Oğlanların yarışında Azərbaycanın idman şərəfini Elsəvər Sadıqzadə (55 kq), Vüqar Şirinli (60 kq), Rüstəm Orucov (66 kq), Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Fərid Babayev (+100 kq) qoruyacaqlar. Qızların mübarizəsində isə yeganə təmsilçimiz Xanım Hüseynova (57 kq) qüvvəsini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR