Bank Of Baku

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
# 13 sentyabr 2010 10:08 (UTC +04:00)
Bakı - APA-Sport. Ukraynanın Xarkov şəhərində taekvondo üzrə 21 yaşadək gənclər arasında keçirilən Avropa çempionatının qalibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 6 idmançı ilə yarışda qüvvəsini sınayan milli komandamızın heyətində Elvin Məmmədov (74 kq) bürünc medala sahib olub. Yığmamızın digər üzvü Fariz Əliyev (68 kq) isə çempionatı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Ukraynada 74 kq çəki dərəcəsində Azərbaycan yığmasına bürünc medal qazandıran Məmmədov Rusiyada böyüklər arasında keçirilən Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR