Bank Of Baku

Azərbaycan Avropa Kubokuna 3 boksçu ilə yollandı

Azərbaycan Avropa Kubokuna 3 boksçu ilə yollandı
# 21 oktyabr 2010 09:04 (UTC +04:00)
Bakı – APA. Sabah Ukraynanın Xarkov şəhərində boks üzrə Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması Elvin Məmişzadə (49 kq), Emil Məhərrəmov (69 kq) və Fərid Paşayevlə (+91 kq) təmsil olunacaq. Yığmamız səfərə məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanıb.

15 ölkə boksçularının mübarizə aparacağı Avropa Kubokunun qalibləri oktyabrın 23-də müəyyənləşəcək. 10 çəki üzrə keçiriləcək yarışda hər çəkidə 4 boksçu mübarizə aparacaq. Reqlamentə əsasən, ilkin cütlülərdə qalib gələcək idmançılar finala vəsiqə qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR