Bank Of Baku

Dünya çempionatına yollanan Azərbaycan samboçularının adları açıqlanıb

Dünya çempionatına yollanan Azərbaycan samboçularının adları açıqlanıb
# 01 noyabr 2010 09:01 (UTC +04:00)
Bakı – APA. Sambo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 4-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək mundialda Azərbaycanın idman şərəfini baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında Elçin Mayılov (52 kq), İslam Qasımov (57 kq), Elnur Əhmədov (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Bəxtiyar Abbasov (90 kq) qoruyacaqlar. Yarışa noyabrın 7-də yekun vurulacaq.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Cabir İsmayılov da ədalət təmsilçisi kimi iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR