Bank Of Baku

Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvü seçilib - FOTOSESSİYA

Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvü seçilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2010 16:09 (UTC +04:00)
APA-nın “Apasport.az” saytına istinadən yaydığı məlumata görə, toplantıda Azərbaycanı Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Süleyman Mikayılov, Ağacan Abıyev və katib Nağı Səfərov təmsil edir.

AİBA prezidenti Çinq-Kuo Vu çıxışlnda bildirib ki, fəaliyyəti dövründə assosiasiyada şəffaflığa nail olub. Konqresdə, həmçinin qadın boksunun inkişafı ilə bağlı məsələlər və dopinqlə mübarizə də müzakirə edilib. Ardından döyüş vaxtı xalların dəqiq hesablanması üçün istifadə olunan aparatların alınması məsələsi barədə müzakirələr aparılıb. Günün ilk yarısında AİBA-ya seçkilər baş tutub ki, Çinq-Kuo Vunun yenidən prezident olması yekdilliklə qəbul edilib. Vu çıxışında etimada görə minnətdarlığını bildirərək, rəhbərliyi dövründə AİBA akademiyasının açılacağını və qadın boksunun inkişafına çalışacağını deyib.

Sonra qitələr üzrə vitse-prezidentlər seçilib. Daha sonra İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib və 9 üzvdən biri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov seçilib. Boks Federasiyası katibi Nağı Səfərov qeyd edib ki, seçkilər çətin keçsə də, Azərbaycan üçün uğurlu alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR