Bank Of Baku

Azərbaycan samboçuları dünya çempionatında 5 medal qazanıb

Azərbaycan samboçuları dünya çempionatında 5 medal qazanıb
# 08 noyabr 2010 08:44 (UTC +04:00)
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialda 7 idmançı ilə mübarizə aparan yığmamız vətənə 5 medalla qayıdıb. Komandamıza sonuncu medalı Bəxtiyar Abbasov qazandırıb. O, 90 kq çəki dərəcəsində döyüş sambosunda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Yarışı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında 4-cü yeri tutub.

Xatırladaq ki, dünya çempionatının ilk 2 günündə Elçin Mayılov (52 kq) qızıl, İslam Qasımov (57 kq) gümüş, Elməddin Əhmədov (82 kq) və Elnur Əhmədov (62 kq) isə bürünc medala layiq görülmüşdülər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR