Bank Of Baku

Güləş üzrə yığma komandalarımız Tunisdə böyük uğura imza atıb

Güləş üzrə yığma komandalarımız Tunisdə böyük uğura imza atıb
# 09 noyabr 2010 21:52 (UTC +04:00)
Bakı-APA. Tunisdə keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə beynəlxalq turnir başa çatıb. Turnir hər üç növ yığma komandamız üçün uğurlu olub. Komandalarımız bütövlükdə 8 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Bu barədə APA-ya Azərbaycan Güləş Federasyiasından məlumat veriblər.

Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Həsən Əliyev (66 kq) qızıl, Elvin Mürsəliyev (74 kq) gümüş medal qazanıb.

Sərbəst güləşçilərimiz Cəlal Süleymanov (60 kq), Elmir Qəmbərov (66 kq) və Emin Əzizov (74 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq turnirin qızıl medallarına sahib olublar.

Qadın güləşçilərimizdən Marziget Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Olesya Zamula (63 kq) və Nataliya Palamarçuk (72 kq) qızıl, Patimat Baqomedova (51 kq) gümüş, Zümrüd Qurbanhacıyeva (72 kq) isə bürünc medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR