Bank Of Baku

Azərbaycan taekvondoçusu Fransada qızıl medal qazandı

Azərbaycan taekvondoçusu Fransada qızıl medal qazandı
# 29 noyabr 2010 09:18 (UTC +04:00)
Bakı – APA. Fransada taekvondo üzrə kişi və qadınlar arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması 2 medala sahib çıxıb.

80 kq çəkili idmançıların mübarizəsində qüvvəsini sınayan Ramin Əzizov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamıza digər medalı isə Günay Ağakişiyeva (57 kq) qazandırıb. O, III yerlə kifayətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR