Bank Of Baku

AİBA ilə Azərbaycan Boks Federasiyası arasında müqavilə imzalanacaq

AİBA ilə Azərbaycan Boks Federasiyası arasında müqavilə imzalanacaq
# 28 yanvar 2011 09:11 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu Azərbaycana gələcək. Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Vu səfər çərçivəsində yanvarın 31-də Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərovla görüşərək, müqavilə imzalayacaq. Müqavilə bu ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatı ilə bağlı olacaq. İmzalanma mərasimindən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, dünya çempionatı 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR