Bank Of Baku

Peşəkar boksçu Əli İsmayılovun növbəti döyüşünün vaxtı müəyyənləşdi

Peşəkar boksçu Əli İsmayılovun növbəti döyüşünün vaxtı müəyyənləşdi
# 03 fevral 2011 09:25 (UTC +04:00)
Bakı – APA. Peşəkar boksçumuz Əli İsmayılovun növbəti döyüşünüт vaxtı müəyyənləşib. Bu barədə apasport.az saytına idmançının özü məlumat verib. O bildirib ki, növbəti görüşünü martın əvvəllərində keçirəcək: “Artıq rinqə çıxacağım vaxt bilinir. Dünən promouterum danışıqları yekunlaşdırıb. Martın ilk günlərində keçirəcəyim döyüş reytinq xarakterli olacaq. Rəqibimin adı və dəqiq tarix isə həftənin sonlarında açıqlanacaq”.

İsmayılov görüşünün Azərbaycanda baş tutmayacağını da bildirib: “Rəqibimi Bakı rinqində qəbul etməyəcəyəm. Biz bu döyüşü Polşa və ya Danimarkada keçirmək istəyirik. Lakin bu məkan hələ tam dəqiqləşməyib”.

Qeyd edək ki, İsmayılov son döyüşündə kubalı Xuan Pablo Ernandesə nokautla uduzmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR