Bank Of Baku

Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə III Azərbaycan çempionatı keçirilib

Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə III Azərbaycan çempionatı keçirilib
# 07 mart 2011 17:47 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Göyçay Olimpiya İdman Kompleksində gənclər və kişilər arasında keçirilən çoxmübarizəli döyüş idman növləri üzrə III ölkə çempionatı başa çatıb. APA-nın Şirvan bürosunun xəbərinə görə yarışda 27 şəhər və rayondan 230 idmançı 15 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparıb.
Gənclərın yarışında Murad Hacıvahablı (60 kq, Şəki), Sübhan Quliyev (65 kq, Göyçay), Sabir Süleymanov (70 kq, Bakı), Əli İsmayılov (75 kq, Göyçay), Ruslan Nəcəfəliyev (85 kq, Goranboy), Anar Əzizov (90 kq, Göyçay), Məhəmməd Məmmədli (95 kq, Göyçay) və kişilər arasında Mənsur Nadirov (50 kq, Yevlax), Hüseyn Hüseynov (55 kq, Qax), Aqşin Qəhrəmanov (60 kq, Goranboy), Mürşüd Eyvazov (65 kq, Göyçay), Sərvan Xəlilzadə (70 kq, Sabirabad), Əli İsmayılov (75 kq, İsmayıllı) birinci yeri tutub. Komanda hesabında isə Göyçay, Goranboy və Yevlax idmançıları müvafiq olaraq I-III yerləri tutublar. Qalib idmançılar yığma komandanın heyətinə cəlb edilərək apreldə Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatına hazırlaşaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR