Bank Of Baku

Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanaıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanaıblar
# 04 aprel 2011 09:15 (UTC +04:00)
Bakı – APA. Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 24 idmançı ilə mübarizə aparan Azərbaycan yığması vətənə 6 medalla qayıdıb.

Cüdoçularımızdan Sadıq Məhərrəmov (50 kq) qızıl, Telman Vəliyev (50 kq), İsgəndər Talışınski (55 kq) gümüş, Rəşad Rufullayev (60 kq), Firuddin Dadaşov (73 kq) və Çinarə Quliyeva (40 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan yığması 17 ölkə arasında 3-cü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR