Bank Of Baku

Azərbaycan yığmasına yeni məşqçi təyin edilib

Azərbaycan yığmasına yeni məşqçi təyin edilib
# 11 aprel 2011 08:59 (UTC +04:00)
Bakı – APA. Boks üzrə Azərbaycan yığmasına yeni məşqçi cəlb edilib. Bu barədə apasport.az saytına açıqlamasında milli komandanın baş məşqçisi Yevgeni Kotov məlumat verib. O bildirib ki, bundan sonra boksçularımızın fiziki hazırlığına Aleksandr Staravoytov cavabdehlik daşıyacaq.

Belaruslu mütəxəssis komandamızda fəaliyyətinə mayın sonlarında başlayacaq. Hazırda “Baku Fires”də fiziki hazırlıq üzrə məşqçi kimi çalışan Staravoytov WSB liqası yekunlaşanadək fəaliyyətini burada davam etdirəcək.

Qeyd edək ki, Yevgeni Kotov da öncə “Baku Fires”in baş məşqçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR