Bank Of Baku

11 ölkənin milli komandası Bakıya gəlir

11 ölkənin milli komandası Bakıya gəlir
# 29 aprel 2011 11:31 (UTC +04:00)
Bakı – APA. Mayın 10-da Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə boksçular arasında ənənəvi turnir start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Şotlandiya, İrlandiya, Hindistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Gürcüstan, Rusiya və Ukrayna idmançıları iştirak edəcək.
Bakıya İsrail və ya İran komandalarından birinin də gəlişi gözlənilir. Azərbaycan yeniyetmələrin turnirində 3 komanda ilə mübarizə aparacaq. 130-a yaxın boksçunun iştirak edəcəyi yarışa mayın 14-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR