Bank Of Baku

Peşəkar boksçumuz Əli İsmayılov Kiyevdə keçirdiyi görüşdə məğlub olub

Peşəkar boksçumuz Əli İsmayılov Kiyevdə keçirdiyi görüşdə məğlub olub
# 13 iyun 2011 07:33 (UTC +04:00)
Bakı – APA. Peşəkar boksçumuz Əli İsmayılov növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, son 3 döyüşündə məğlubiyyət acısı yaşayan həmyerlimiz bu dəfə də rinq qələbəsiz tərk edib.

Belə ki, Ukraynanın paytaxtı Kiyevdə yerli Dmitri Kuçerlə qarşılaşan təmsilçimiz döyüşü sonacan davam etdirə bilməyib. 8 raundluq görüşün 7-ci raundunda İsmayılovun məşqçiləri ağ bayraq qaldırıblar. Nəticədə döyüş yarımçıq dayandırılıb.

Qeyd edək ki, bu görüş reytinq xarakteri daşıyırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR