Bank Of Baku

Azərbaycan boksçuları Avropa çempionatında ilk medalı qazanıblar

Azərbaycan boksçuları Avropa çempionatında ilk medalı qazanıblar
# 21 iyun 2011 14:19 (UTC +04:00)
Bakı – APA. Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında artıq bir idmançımızın medal alması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/4 finalda fransalı Jeremi Bekkunu məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib. Boksçumuz 2-ci hissədə təşəbbüsü əldən versə də, həlledici hissədə toparlanmağı bacarıb. Nəticədə, Əlizadə 26:19 hesabı ilə qalib gələrək ən azı bürünc medalı özünə təmin edib.
Gənclər arasında dünya çempionu olan Əlizadə finala gedən yolda İngiltərə komandasının üzvü Çarlz Edvardsla qarşılaşacaq. Edvards 1/4 finalda ispaniyalı Joze Kelvin Nieveni mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Heybətulla Hacəliyev (64 kq), Rahib Bəylərov (75 kq) və Teymur Məmmədov (91 kq) da mübarizəni davam etdirirlər. Onlar 1/4 final mərhələsinə kimi irəliləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR