Bank Of Baku

Daha bir Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Daha bir Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
# 24 iyun 2011 07:30 (UTC +04:00)
Bakı-APA. Ankarada keçirilən boks üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının 2 üzvü mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Salman Əlizadənin (49 kq) ardınca daha bir boksçumuz – Teymur Məmmədov da həlledici görüşə vəsiqə qazanıb.

91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinalda Almaniya təmsilçisi Yohann Vitti mübarizədən kənarlaşdırıb – 18:12.

Milli komandamızın üzvü finalda türk Bəhram Müzəffəri məğlub edən bolqarıstanlı Tervel Pulevlə üz-üzə gələcək. 1983-cü ildə anadan olan Pulev Moskvada keçirilmiş son Avropa çempionatında yalnız finalda rusiyalı Artur Beterbiyevə uduzaraq, gümüş medal qazanıb. Final görüşləri bu gün baş tutacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının hesabında artıq 1 bürünc medal var. Bu medalı komandamıza Heybətulla Hacəliyev (64 kq) qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR