Bank Of Baku

Azərbaycanlı boksçu Salman Əlizadə Avropa çempionu olub

Azərbaycanlı boksçu Salman Əlizadə Avropa çempionu olub
# 24 iyun 2011 13:33 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə yüksələn Azərbaycan milli komandasının üzvlərindən ilk olaraq Salman Əlizadə (49 kq) rinqə çıxıb. Rusiyalı Belik Qalanovla mübarizə aparan Salman ilk raundda 6:4 hesabı ilə rəqibini üstələyib. II raundda Qalanov dönüş yaradıb – 9:9.

Son hissə isə S. Əlizadənin üstünlüyü şəraitində keçib. O, yekunda 16:14 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna sahib olub.

Qeyd edək ki, gənclər arasında dünya çempionu və yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı olan Salman Əlizadənin böyüklər arasında ilk qızıl medalı Avropa çempionatına təsadüf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR