Bank Of Baku

Avropa çempionu Salman Əlizadə: “Bakıda da qızıl medal qazanıb, olimpiya lisenziyasına sahib olmağa çalışacağam”

Avropa çempionu Salman Əlizadə: “Bakıda da qızıl medal qazanıb, olimpiya lisenziyasına sahib olmağa çalışacağam”
# 24 iyun 2011 15:11 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu fikirləri boks üzrə Azərbaycan milli komandasının üzvü Salman Əlizadə deyib.
Ankarada keçirilən Avropa çempionatında bu gün qızıl medal qazanan boksçumuz ölkəmizə belə bir qələbə gətirdiyi üçün sevincli olduğunu bildirib: “Avropa çempionu olduğum üçün çox sevincliyəm. İnşallah, Bakıda keçirilən dünya çempionatında da qızıl medal qazanaraq, Olimpiya oyunlarına lisenziya qazanmağa çalışacam”.
Əlizadə 18 illik həsrətə son qoymasından xəbərdardır: “Bilirdim ki, sonuncu dəfə 1993-cü ildə Rövşən Hüseynov qitə çempionatında 1-ci olub. Bu uğuru təkrar etdiyim üçün çox şadam. Federasiya rəhbərliyinə və məşqçilərimə mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR