Bank Of Baku

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
# 24 iyun 2011 16:42 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, final qarşılaşmasında rinqə çıxan Teymur Məmmədov da yarışı uğurla başa vurub.
91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə bolqarıstanlı Tervel Pulevlə üz-üzə gəlib. İlk raundda 5:4 hesabı ilə qələbə qazanan boksçumuz növbəti hissədə Pulevə ümid yeri qoymayıb - 15:7.
Son raund isə keçirilməyib. Buna səbəb rəqib boksçunun məşqçisinin rinqə ağ dəsmal atması olub. O, yetirməsinin Məmmədovun zərbələri qarşısında tab gətiməməsini görərək, döyüşü vaxtından əvvəl dayandırılmasını istəyib. Nəticədə Pulev üzərində inamlı qələbə qazanan Teymur Azərbaycan yığmasının aktivinə 2-ci qızıl medalı yazdırıb.
Beləliklə, Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan millimiz komanda hesabında Rusiyadan sonra 2-ci olub.
Qeyd edək ki, Məmmədovdan öncə Salman Əlizadə (49 kq) qızıl, Heybətulla Hacəliyev (64 kq) isə bürünc medal qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR