Bank Of Baku

Fəridə Əzizova: “Bu uğuru London Olimpiadasında davam etdirməyə çalışacağam”

Fəridə Əzizova: “Bu uğuru London Olimpiadasında davam etdirməyə çalışacağam”
# 30 iyun 2011 15:40 (UTC +04:00)
Bu sözləri apasport.az saytına açıqlamasında 2012-ci il London Olimpiadasına vəsiqə qazanan azərbaycanlı taekvondoçu Fəridə Əzizova deyib. Yay Olimpiya Oyunlarına lisenziya verən taekvondo üzrə dünya təsnifat turnirində uğurlu çıxış edən Fəridə bu turnirə çox ciddi hazırlaşdığını bildirib: “Bu turnirə hazırlıq məqsədilə Qusarda 1 aylıq təlim-məşq toplanışında iştirak etdim. Döyüşlərimin hamısı çətin keçdi. Ən əsası, ¼ finalda rəqibim olan kanadalı idmançı Karen Serdjeli ilə görüşümü qeyd edə bilərəm. O, Pekin Olimpiadasının gümüş mükafatçısıdır. Yarımfinaldakı rəqibim Elin Yohanson da asan rəqib deyildi. Hər halda, Avropa çempionudur. Finala çıxmaqla Olimpiadaya lisenziya qazanaraq, xalqımızı sevindirə bildiyimə görə şadam. Bu uğuru həm finalda, həm də London Olimpiadasında davam etdirməyə çalışacağam”.

Qeyd edək ki, Fəridə gələn il İngiltərə paytaxtında keçiriləcək məsul turnirdə çıxış etmək hüququ qazanan ikinci idmançımızdır. Buna qədər milliləşdirilən belaruslu atlet Dmitri Marşin Minskdəki beynəlxalq turnirdə 3-cü yeri tutmaqla, London Olimpiadasında çıxış etmək hüququna yiyələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR