Bakıda London Olimpiadasına lisenziya verən taekvondo üzrə dünya təsnifat turnirinin rəsmi açılış mərasimi olub
Açılış mərasimi yarışda iştirak edən ölkələrin bayraqlarının və hakimlərin zala dəvət olunması ilə başlayıb. Səhnəyə dəvət olunan Ço hamını salamladıqdan sonra Bakının belə məsul turnirə ev sahibliyindən razılığını bildirib: “Siz möhtəşəm iş görmüsünüz. Bu yarışa ev sahibi edən və onu möhtəşəm keçirən Təşkilat Komitəsinə minnətdarlığımı bildirir, idmançılara uğurlar arzlulayıram”.
Tədbirdə çıxış edən K. Heydərov Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda də tərəqqinin olduğunu vurğulayıb: “Ölkəmizdə idmanın inkişafının bünövrəsi möhtərəm prezidentimiz Heydər Əliyev tərəfindən qoyulub. Bunun nəticəsi olaraq son illərdə idmanda köklü inkişaf müşahidə olunmaqdadır. Sevindirici haldır ki, bu yolu uğurla davam etdirən hazırkı ölkə başçımız İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iş nəticəsində Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilib. Bu mütərəqqi siyasətin nəticəsidir ki, azərbaycanlı idmançılar beynəlxalq yarışlarda uğurlara imza atır, ölkəmizin idman şərəfini uca tuturlar”.
İdman növləri arasında taekvondonun öz yeri olduğu deyən ATF prezidenti bu idman növünün azarkeşlərin sevimlisinə çevrildiyini bildirib: “Məhz bunun nəticəsidir ki, taekvondo ölkəmizdə bu qədər populyarlaşıb, gənclər arasında ona bu qədər maraq yaranıb. Bakıda bir sıra mötəbər yarışları uğurlu təşkil etdiyimizə görə London Olimpiadasına vəsiqə verən lisenziya turniri keçirmək bizə etibar olundu. Əminəm ki, bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə takevondonun inkişafına yeni impuls verəcək. Yarışı keçirməyə bizə etibar etdiklərinə Dünya Taekvondo Federasiyası, şəxsən onun prezidenti cənab Çunq Von Çoya minnətdarlıq edirəm. Bir daha yarış iştirakçılarını salamlayır, onlara məsul yarışda uğurlar arzulayıram”.
Gənclər və idman naziri A. Rəhimov da idmanın inkişafından, turnirin əhəmiyyətindən danışıb. O, Azərbaycanın taekvondoda London Olimpiadasına ilk lisenziya qazandığını xüsusi qeyd edərək, digər idmançılara da uğurlar arzulayıb.
Açılış mərasimin sonunda Ç. V. Ço K. Heydərov və A. Rəhimova xatirə hədiyyələri təqdim edib. Öz növbəsində K. Heydərov DTF prezidentinə ATF-in xatirə hədiyyələri və diplomlarını verib. Daha sonra idmançılar və hakimlər and içiblər. Mərasim K. Heydərovun yarışı açıq elan etməsi və Azərbaycan dövlət himninin səslənməsi ilə bitib.
Qeyd edək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar. Azərbaycanı bu mötəbər turnirdə Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər. Yarışda London-2012-yə ilk 3 yeri tutacaq taekvondoçular vəsiqə qazanacaqlar. F. Əzizova artıq lisenziyanı təmin edib.
Döyüş növləri
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Cüdoçumuz Avropa Kubokunun qalibi olub
Azərbaycan boksçuları Batumidə beynəlxalq turnirdə 5 medal qazanıb
Xəbər Lenti
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb