Koreyalı mütəxəssis Fəridə Əzizovanın uğurunun sirrini açıqlayıb
01 iyul 2011 08:23 (UTC +04:00)
Bakı – APA. “Fəridə mənim hər bir tapşırığıma düzgün əməl etdi. Bunun üçün də inamlı qələbə qazandı”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Park Sun Mi deyib.
Təcrübəli cənubi koreyalı mütəxəssis yetirməsi Fəridə Əzizovanın (67 kq) taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirində çıxışına münasibət bildirib: “Mən püşkatmadan sonra onun rəqiblərinə nəzər yetirdim. Bundan sonra qəti qərara gəldim ki, Fəridə onları məğlub etmək gücündədir. Lakin dünya reytinqində 1-ci olan kanadalı Karen Serdjeli ilə döyüşün çətin keçəcəyini proqnozlaşdırırdım. Amma Əzizova ona da şans vermədi. O, inamlı çıxışı ilə hamımıza sevinc bəxş etdi”.
Minin sözlərinə görə, Əzizovanın uğurunu davam etdirmək üçün artıq proqram da məlumdur: “İnşallah, məşqlərimizi gücləndirəcəyik və bunun bəhrəsini Londonda görəcəyik. Fikrimcə, Fəridə İngiltərə paytaxtından da uğurla dönəcək”.
Qeyd edək ki, Fəridə Əzizova turnirdə gümüş medal və London-2012-yə lisenziya qazanıb.

Döyüş növləri
FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar
17:28
18 aprel 2024
FHN-in karate komandasının idmançıları uğur qazanıblar
12:53
9 aprel 2024
Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb
19:19
7 aprel 2024
Hacı Əliyev Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
18:54
7 aprel 2024