Bank Of Baku

Azərbaycan dövlət başçısı Beynəlxalq Güləş Federasiyasının prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı Beynəlxalq Güləş Federasiyasının prezidentini qəbul edib
# 08 iyul 2011 15:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycan dövlət başçısı İlham Əliyev iyulun 8-də Beynəlxalq Güləş Federasiyasının Prezidenti Rafael Martinettini qəbul edib. APA-nın məlumatına görə,
görüşdə ölkədə idmana dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı bildirilib, idmançıların nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olunub, Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq idman yarışlarının əhəmiyyətinə toxunularaq bu gün Bakıda keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “ Qızıl Qran Pri” beynəlxalq turnirinin önəmi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR