Bank Of Baku

Milli komandamız dünya çempionatını 1 bürünc medalla başa vurdu

Milli komandamız dünya çempionatını 1 bürünc medalla başa vurdu
# 27 avqust 2011 13:56 (UTC +04:00)
Bakı – APA. Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında Azərbaycan milli komandası çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, mundiala 10 cüdoçu ilə yollanan yığmamız vətənə 1 bürünc medalla qayıdır.

Yeganə medalı komandamıza 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev qazandırıb. O, üçüncü yer uğrunda döyüşdə Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanı məğlub edib.

London-2012-yə lisenziya xalı verən yarışda cüdoçularımızdan Elxan Rəcəbli (81 kq) və Tərlan Kərimov (66 kq) təsəlliverici görüşlərdə uduzublar. Nəticədə onlar çempionatı müvafiq olaraq, 5-ci və 7-ci yerdə bitiriblər.

Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə medal qazana bilməyiblər.

Qeyd edək ki, yığmamızın son dünya çempionatını 2 bürünc medalla bitirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR