Bank Of Baku

Cüdoçularımız beynəlxalq reytinq siyahısında geriləyiblər

Cüdoçularımız beynəlxalq reytinq siyahısında geriləyiblər
# 21 sentyabr 2011 13:13 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan milli komandasının əsas heyətinin üzvlərindən üçü geriləyib.

Bunlar Ramilə Yusubova (63 kq), Kifayət Qasımova (57 kq) və Elmar Qasımovdur (100 kq). Onlar müvafiq olaraq, 6, 5 və 4 pillə aşağı düşərək, cədvəldə 22-ci, 12-ci və 33-cü yerdə qərarlaşıblar.

Digər cüdoçularımız - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) isə hərəyə 1 pillə irəliləyiblər.

Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) isə mövqeyini toxunulmaz saxlayıb. Təmsilçimiz 944 xalla 3-cüdür.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR