Bank Of Baku

Masallıda taekvando üzrə rayon birinciliyi keçirilib - FOTO

Masallıda taekvando üzrə rayon birinciliyi keçirilib - FOTO
# 24 sentyabr 2011 18:50 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı şəhərində Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin 20 illiyinə həsr olunmuş idmanın taekvando üzrə yeniyetmələr və gənclər arasında keçirilən üçgünlük açıq rayon birinciliyi bu gün başa çatıb. Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, yeniyetmə və gənclərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədini daşıyan yarışda respublikanın Qaradağ, Gəncə, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Ağcabədi rayonlarından 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Birinciliikdə müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutmuş idmançılar Masallı RİH başçısının qiymətli hədiyyələri və rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR