Bank Of Baku

Bakıda boks üzrə dünya çempionatı başlayıb

Bakıda boks üzrə dünya çempionatı başlayıb
# 26 sentyabr 2011 13:09 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 9 idmançı ilə qatıldığı mundialda 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.

Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan boksçularından heç biri rinqə çıxmayacaq. Yevgeni Kotovun yetirmələrindən ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə (52 kq) və Rəhim Nəcəfov (56 kq) mübarizə qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR